27 Sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırıldı.